Ağcabədidə qumbara partladı - 5 nəfər öldü

12:40 31.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədinin Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Hafta.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu qeyd olunur.

Hadisə yerinə hüquq-mühafizə orqanları və təcili yardım göndərilib.